EN

Çində 20-dən çox ölkənin lideri ŞƏT-in sammitində iştirak edəcək

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çinin Tianjin şəhərində keçiriləcək sammitində 20-dən çox xarici dövlətin başçısı, o cümlədən 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək....

Poliqon xəbər verir ki, bu barədə Çin Xalq Respublikası xarici işlər nazirinin köməkçisi Lyu Bin keçirdiyi mətbuat konfransında bildirib.

Diplomatın sözlərinə görə, dünya liderləri ŞƏT-in uğurlu təcrübəsini və təşkilatın inkişaf istiqamətlərini müzakirə edəcək, həmçinin ŞƏT çərçivəsində əməkdaşlığa dair qərarlar qəbul edəcək və təşkilatı ümumi taleyin daha da birləşdirici icmasının yaradılması məqsədinə doğru irəliləyəcəklər.

ŞƏT sammiti avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçiriləcək.

Tədbirə Rusiya və Belarus prezidentləri, Hindistanın baş naziri, İran və Türkiyə prezidentləri, eləcə də Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Azərbaycan, Ermənistan liderləri və digər siyasətçilər dəvət olunub.

Poliqon.info 

Chosen
102
50
poliqon.info

10Sources