EN

Premyer Liqa: Bu gün II turun oyunları start götürəcək

Misli Premyer Liqasında bu gün II turun oyunlarına start veriləcək.

"Report" xəbər verir ki, günün ilk qarşılaşmasında "Neftçi" "İmişli"nin qonağı olacaq.

Şamaxı şəhər stadionunda baş tutacaq matçın start fiti saat 17:00-da səslənəcək.

İkinci görüşdə isə ölkə çempionu "Qarabağ" "Sumqayıt"ı sınağa çəkəcək. "Azərsun Arena"da gerçəkləşəcək oyun saat 19:30-da başlayacaq.

Misli Premyer Liqası

1-ci dövrə, II tur

22 avqust

17:00. “İmişli” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu

19:30. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Azərsun Arena”

Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 23,24 və 25-də keçiriləcək.

Chosen
18
5
report.az

10Sources