EN

ABŞ-də Katolik Universitetində atışma olub

ABŞ-nin Pensilvaniya ştatının Villanova Universitetində atışma baş verib, polis hadisə yerindədir.

AzEdu.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Məktəb rəhbərliyi tələbələri Skarpa-Xoll hüquq fakültəsindən uzaq durmağa çağırıb. Universitetdən bildirilib ki, əlavə məlumat daha sonra açıqlanacaq.

Hüquq-mühafizə orqanları hüquq fakültəsini zərərçəkənlər və ya şübhəlilərin olub-olmadığı üçün yoxlayır, atışmanın nə ilə əlaqəli olduğu hələ məlum deyil.

Telekanalın xəbərinə görə, silahlı insident xəbəri Tennessi Universitetində atışma barədə yalan məlumatdan bir neçə saat sonra yayılıb.

Chosen
19
1
azedu.az

2Sources