Kolumbiyanın Kali şəhərində Valle del Kauka bölgəsinə bağlı Marko Fidel Suares hərbi hava bazası yaxınlığında bomba yüklü yük maşını ilə hücum həyata keçirilib.
İlkin məlumata görə, 5 nəfər ölüb, çoxu ağır olmaqla 36 nəfər yaralanıb.
Hücum nəticəsində ətrafdakı müəssisələrə və avtomobillərə böyük ziyan dəyib.