EN

TƏHSİLDƏ ÇALIŞANLARA GÜZƏŞTLİ KARTLAR BU TARİXDƏ VERİLƏƏK-Diqqət

“Yeni tədris ilindən Azərbaycanda müəllimlər üçün müəyyən güzəştlər nəzərdə tutan təhsil kartları istifadəyə veriləcək. Təhsil işçiləri bu kart vasitəsilə müxtəlif endirimlərdən, kurs xidmətlərindən və digər imkanlardan yararlana biləcəklər”.

Məlumata görə, Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəșidova “Azərbaycan müəllimi”nə bildirib ki, çoxfunksiyalı güzəştli kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur. Təhsil işçilərinin ehtiyac və maraqlarına uyğun olaraq geniş tərəfdaş şəbəkəsi formalaşdırılıb. Təhsil işçiləri üçün bu kart əməkhaqqı, giriş-çıxış və debet kartı funksiyalarını yerinə yetirməklə yanaşı, həm də kafe və restoranlarda, geyim və ərzaq mağazalarında, gözəllik, sağlamlıq və tibbi xidmət mərkəzlərində endirimlər təqdim edəcək.

Könül Abdulrəșidovanın sözlərinə görə, kartların təxminən 450 min nəfərə veriləcəyi gözlənilir.redaktor.az


Chosen
10
2
azia.az

3Sources