Tovuzda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.