EN

Kolumbiyada TERROR AKTI: 5 nəfər öldü, 40-a yaxın yaralı var

Kolumbiyanın Kali şəhərindəki Marko Fidel Suares aviabazasının yaxınlığında partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Karakol" radiostansiyası məlumat yayıb.

“Kali aviabazasının yaxınlığında minalanmış yük maşını ilə həyata keçirilən hücum nəticəsində indiyədək 36 nəfər yaralanıb, 5 nəfər ölüb”, - radiostansiyanın saytında deyilir.

Hadisənin baş verdiyi ərazi polis və hərbçilər tərəfindən mühasirəyə alınıb, istehkamçılar və xilasedicilər hadisə yerində işləyir.

Yerli və federal hakimiyyət orqanları qurbanların və yaralananların sayını rəsmən təsdiqləməyib. Kali meriyası hücumun səbəbkarlarını müəyyən etməyə kömək edəcək məlumat üçün 400 milyon pesoya qədər mükafat elan edib.

Chosen
134
publika.az

1Sources