EN

"BLOK3"lə bağlı istintaq başladıldı

Konsertlərinə helikopterlə getdiyi və mühafizəçi ordusunu daşıdığı üçün gündəmə çevrilən məşhur türk reper "BLOK3" (Hakan Aydın) ilə bağlı araşdırma aparılır.

Paralel.az xəbər verir ki, onun haqda qəsdən yaralama, hədələmə, talama, azadlıqdan məhrum etmə, şantaj, təhqir və cinayət törətmək üçün təşkilat yaratmaq ittihamı ilə İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

Qeyd edək ki, "Organizaction Event&Management"in qurucusu və meneceri Ferhat Karagöz reperin ona hücüm və təhdid etdiyini bildirdikdən sonra polisə şikayət etmişdi.(Axşam.az)

Chosen
8
2
paralel.az

3Sources