EN

İtaliyalı alpinist Qırğızıstanda 6900 metr hündürlükdə ölüb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Roma, 22 avqust, AZƏRTAC

İtaliyalı alpinist Luka Siniqaqliya Qırğızıstanın ən yüksək və təhlükəli zirvəsi olan Pik Pobedada həmkarını xilas etməyə çalışarkən ölüb.

AZƏRTAC xəbər verir ki, 49 yaşlı milanlı alpinist dəniz səviyyəsindən 6900 metr yüksəklikdə qalan rusiyalı yaralı qadın həmkarını xilas etməyə çalışarkən soyuq və yorğunluqdan ölüb. Əlverişsiz hava şəraitinə görə italiyalı alpinisti xilas etmək mümkün olmayıb. Onun cəsədi daha sonra dağda mağaradan çıxarılıb.

Bundan başqa, İtaliyada Alp dağlarının Monte Rosa zirvəsində iki alpinistin 4070 metr yüksəklikdə köməksiz qaldığı bildirilib. İstər piyada, istərsə də helikopterlə edilən bütün xilasetmə cəhdləri uğursuz alınıb.

Əlverişsiz hava şəraiti alpinistlərin təhlükəsiz hərəkət etməsinə mane olur. Hündürlükdə zəif görmə səbəbindən isə onları helikopterlə xilas etmək hələlik mümkün deyil.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
3
azertag.az

4Sources