“Neftçi” Premyer Liqanın 2-ci turunda qarşılaşacağı “İmişli” klubu ilə matçın hazırlığını başa vurub.
Sportinfo.az xəbər verir ki, komandanın üzvləri “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
“Ağ-qaralar” hazırlıq prosesindən sonra Şamaxıya yola düşüb.
Avqustun 22-də Şamaxı şəhər stadionunda keçiriləcək “İmişli” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.