EN

Blaqoveşenskdə məscid yandırılıb...

Avqustun 21-də Blaqoveşenskdə (Amur vilayəti) Sovetskaya küçəsində yerləşən məscid yandırılıb.

SİA xəbər verir ki, Baza Telegram kanalının məlumatına görə, yanğın təxminən 10 kvadratmetr ərazini əhatə edib. Məscidin girişində yerləşən xalça və şəxsi əşyalar zədələnib. Ölən və yaralananlar olmayıb.

Hadisə şahidlərinin “Ostorojno Novosti”yə verdiyi məlumata görə, saat 20:00 radələrində yeniyetmə skeytbordla Blaqoveşenskdəki məscidə gəlib və naməlum əşyanı atıb. Bundan sonra yanğın başlayıb.

Hazırda polis əməkdaşları onu axtarır.

Əli Babayev

Chosen
34
sia.az

1Sources