Göyçay rayonunun Alxasava-Dövranlı yolunda yol qəzası baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rəsul Cavadovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq Şirvan su kanalına düşüb.
Nəticədə avtomobildə olan azyaşlı 2021-ci il təvəllüdlü F.Cavadzadə suya düşərək boğulma riski yaranıb.
O, xəstəxanaya yerləşdirilib.