EN

Ruzanna Məmmədova finalda 6 xal öndə olsa da uduzdu

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

Redaktor.az xəbər verir ki, yarışın beşinci günündə növbəti medal qazanılıb.

Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb. İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb. Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı boynundan asıb.

Bununla da cari mundialda medallarımızın sayı 5-ə çatıb. Xatırladaq ki, daha öncə Vasif Bağırov (57 kiloqram), Nurlan Ağazadə (70 kiloqram), Yusif Dursunov (125 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc medal qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
60
14
redaktor.az

10Sources