EN

Netanyahu ordunun Qəzzaya nəzarəti ələ keçirmək planını təsdiqləyib

Bakı, 21 avqust, AZƏRTAC

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin Qəzza şəhəri üzərində nəzarəti ələ keçirmək planını təsdiq edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin Baş naziri ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

“Netanyahu İsrail ordusunun Qəzza şəhəri üzərində nəzarəti bərqərar etmək və nəhayət, HƏMAS təşkilatını məğlub etmək planlarını təsdiqləyib”, - məlumatda bildirilib.

Chosen
8
4
azertag.az

9Sources