11–21 avqust tarixlÉ™rindÉ™ Hindistanın Mumbay ÅŸÉ™hÉ™rindÉ™ keçirilmiÅŸ BeynÉ™lxalq Astronomiya vÉ™ Astrofizika Olimpiadasında (IOAA 2025) mÉ™ktÉ™blilÉ™rimiz ölkÉ™mizi uÄŸurla tÉ™msil ediblÉ™r.
Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nəzəri və praktiki turdan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 2 bürünc və 2 həvəsləndirici mükafat əldə ediblər. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli və Bakı şəhəri Texniki humanitar liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif sinif şagirdi Raiq Babazadə və XI sinif şagirdi Aqil Güləliyev olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.