"Barselona" futbolçusu Jül Kunde ilə müqavilə müddətini uzadıb. Metbuat.az xəbər verir ki, fransalı müdafiəçi yeni sözləşməyə əsasən 2030-cu ilə qədər kataloniyalıların formasını geyinəcək.
Qeyd edək ki, J.Kundenin əvvəlki müqaviləsinin müddəti 2027-ci ildə başa çatırdı.