EN

Netanyahu Qəzzada döyüşlərin tezliklə bitəcəyini deyib

Netanyahu

Qəzzada hərbi əməliyyat İsrail Müdafiə Qüvvələrinin Fələstin anklavına nəzarəti ələ keçirməsindən sonra tezliklə başa çatacaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu Sky News telekanalına müsahibəsində İsrailin baş naziri Binyamin Netanyahu deyib.

"Biz müharibənin sona çatmasına yaxınlaşırıq — bu, yeddi cəbhədə gedən müharibədir və burada İran və onun satelitləri də iştirak edir," — deyə qeyd edib.

Onun sözlərinə görə, HƏMAS hərəkatı ilə razılıq əldə olunsa belə, İDF sektoru nəzarətə götürəcək. Netanyahu əməliyyat nəticəsində HƏMAS-ın Qəzzada qalmayacağını vurğulayıb.

İsrailin baş naziri vurğulayıb ki, Fələstin hərəkatı silahı yerə qoysa və qalan 50 girovu azad etsəydi, müharibə daha tez başa çata bilərdi. Bundan əlavə, Netanyahu hazırkı hərbi əməliyyatı Qəzzanın “azad edilməsi” adlandırıb.

Məryəm Quliyeva

Chosen
10
1
xalqcebhesi.az

2Sources