EN

Orduya hər şeyə icazə verdi: Məhv edin

“İsrail Qəzza zolağında müharibəni öz şərtləri ilə bitirəcək”.

"Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.

Baş Qərargah rəisi Eyal Zamirin müşayiəti ilə Cənub Komandanlığına səfəri zamanı Qəzza şəhərinə nəzarəti ələ keçirmək planlarının təfərrüatlarını nəzərdən keçirən Kats İsrail əsgərlərinə girovları azad etmək, HƏMAS-ı məhv etmək və İsrailin qoyduğu şərtlərə uyğun olaraq müharibəni bitirmək çağırışı edib.

“İsrail ordusuna HƏMAS məğlub olana qədər bütün vasitələrdən və gücdən istifadə etməyə icazə verilib”, - müdafiə naziri vurğulayıb.

Xatırladaq ki, İ.Kats bundan əvvəl Qəzza şəhərini ələ keçirilməsi planını təsdiqlədiyini açıqlayıb. Müdafiə nazirinin bəyanatından sonra İsrail Müdafiə Qüvvələri 60 mindən çox ehtiyat hərbçinin xidmətə çağırıldığını bəyan edib.

Chosen
54
1
bakuinfo.net

10Sources