EN

Polşada qarğıdalı sahəsinə naməlum obyekt düşərək partladı

Polşada

Polşanın Mazovets vilayətinin Osiny kəndi yaxınlığında “naməlum, qeyri-təbii mənşəli obyekt” düşərək partlayıb. Bu barədə RİA Novosti-yə Polşa hüquq-mühafizə orqanlarının nümayəndəsi məlumat verib.“Gecə saatlarında Luko rayonunun Osiny kəndində qarğıdalı sahəsinə naməlum obyekt düşərək partlayıb. Hadisə yerində yanmış metal və plastik qalıqlar aşkar edilib”, — deyə polis bildirib.Məlumata görə, insident nəticəsində bir neçə evin şüşələri sınıb, xəsarət alan olmayıb. Hazırda mütəxəssislər obyektin düşdüyü ərazidə və qalıqlar üzərində araşdırma aparırlar.Ulusum.az

Diqqət Çəkənlər

Makronun Fələstin addımı İsraildə narazılıq doğurdu

Sumqayıtda qazilər arasında - Silahlı İnsident

Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi

Chosen
67
ulusum.az

1Sources