EN

Pezeşkian Ermənistana səfərinə görə hücumlara məruz QALDI

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri fonunda ölkə daxilində, xüsusilə də bəzi televiziya kanallarının verlişlərində ona qarşı tənqidlər səngimir.

News24.az xəbər verir ki, “Soraya” telekanalının son buraxılışında aparıcı Pezeşkianın mövqeyini ələ salıb. 

Bazar günü yayımlanan proqramda aparıcı kimi çıxış edən Mohsen Maqsudi Pezeşkianın Azərbaycan, Ermənistan və ABŞ arasında “Tramp dəhlizi” razılaşmasına münasibətini lağa qoyub və onu “sadəlövh mövqe” tutmaqda ittiham edib. 

Proqramda ölkənin mərhum prezidenti İbrahim Rəisinin “Araz dəhlizi” layihəsinə dəfələrlə istinad edilərək hazırkı hökumətin bu siyasəti davam etdirə bilmədiyi vurğulanıb. 

Bəzi analitiklər “Soraya” telekanalında irəli sürülən tənqidlərin obyektivlikdən çox siyasi mövqeyə əsaslandığını vurğulayıblar.

Chosen
25
2
news24.az

3Sources