EN

"Zirə"nin futbolçusuna 4 oyunluq cəza verildi

Bakı.Trend:

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend xəbərverir ki, toplantına Əvəzedicilər liqasının I turunun oyunları iləbağlı aşağıdakı qərarlar qəbul olunub:

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun“Zirə-2” – “Neftçi-2” oyununun 90+4-cü dəqiqəsində “Zirə-2”komandasının 27 nömrəli futbolçusu Murad Ələkbərov təcavüzkardavranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığıüçün 4 oyun cəzalansın, “Zirə-2” komandası 300 manat cərimə edilsin(maddə 45.1);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun“Zirə-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 6 futbolçususarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cəriməedilsin (maddə 43.1);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun“Şamaxı-2” – “Qarabağ-2” oyununun 51-ci dəqiqəsində “Qarabağ-2”komandasının 25 nömrəli futbolçusu Cavid Məlikov rəqibi aşkar qolimkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün1 oyun cəzalansın, “Qarabağ-2” komandası 100 manat cərimə edilsin(maddə 46);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun“Qəbələ-2” – “Kəpəz-2” oyununda hakim-inspektor matçın videoyazısıilə təmin edilmədiyinə görə “Qəbələ-2” komandası 100 manat cəriməedilsin (maddə 56.2);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun“Sabah-2” – “Turan Tovuz-2” oyunu “Turan Tovuz-2” komandasınınmatça gec gəlməsi səbəbindən 30 dəqiqə gec başladığına görə “TuranTovuz-2” komandası 300 manat cərimə edilsin (maddə 78);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun“Sabah-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 6futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70manat cərimə edilsin (maddə 43.1);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun“Sabah-2” – “Turan Tovuz-2” oyununda “Sabah-2” komandasının 6futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manatcərimə edilsin (maddə 43.1).

Məqalədə:
Chosen
2
3
az.trend.az

4Sources