EN

“İmişli” ev oyunlarını Qubada keçirməyə hazırlaşır FOTO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Komandanın Premyer Liqada iştirakını təmin etmək məqsədilə “İmişli” klubu ev oyunlarını keçirəcəyi Quba Olimpiya İdman Kompleksi stadionunda artıq bir müddətdir ki, təmir və yenidənqurma işlərinə başlayıb.Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumay yayıb.Hazırda stadionda Peşəkar Futbol Liqasının (PFL) tələblərinə uyğun olaraq bir sıra əsaslı yeniliklər həyata keçirilir. Paltardəyişmə otaqları, o cümlədən hakimlər, AFFA nümayəndələri üçün nəzərdə tutulan otaqlar müasir standartlara uyğunlaşdırılır.Konfrans zalı yaradılıb, media zonası hazır vəziyyətə gətirilir. O cümlədən CBC Sport-un yayım tələblərinə uyğun texniki platformalar quraşdırılır.“İmişli” ev oyunlarını sentyabr ayından etibarən Quba şəhərində keçirməyi planlaşdırır. Bu məqsədlə bütün zəruri addımlar atılıb və prosesə nəzarət diqqətlə həyata keçirilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
6
bizim.media

10Sources