EN

Gəncədə dəmir konstruksiya aşıb: Yaralılar var

Gəncədə tikinti-bərpa işləri aparılan ərazidə quraşdırılan dəmir konstruksiyanın aşması nəticəsində biri azyaşlı olmaqla, üç nəfər xəsarət alıb.

Bakues.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Bildirilir ki, binaların üzlüyünün yenilənməsi zamanı quraşdırılmış dəmir konstruksiya aşaraq insanların üzərinə düşüb.

İlkin ehtimallara görə, xəsarət alan şəxslər həmin ərazidən keçənlərdir.

Hadisə iə bağlı araşdırma davam edir.

Chosen
17
6
icma.az

8Sources