Aktual.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Növbədənkənar seçkilərlə bağlı yanaşmalar, çağırışlar, hətta fikirlər var, amma bu fikirlərin əsaslılığını hələ də yoxlamaq lazımdır”, - Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, Azərbaycanla sülh müqaviləsinin ölkənin əsas qanunlarına zidd olduğu aşkar olunarsa, düzəlişlər etməyə hazır olduğunu əvvəllər də bəyan edib:
"Hazırda bu barədə düşünməyə ehtiyac yoxdur. Amma eyni zamanda xatırlatmaq istərdim ki, biz yeni konstitusiya qəbul etmək niyyətindəyik. Mən vaxtilə konstitusiyanın qəbulu üçün son müddəti 2027-ci il elan etmişdim. Biz yeni konstitusiya layihəsi üzərində işləyirik və o hazır olanda böyük ehtimalla referenduma gedəcəyik”.