Xalq artisti Mənsum İbrahimov və həyat yoldaşı ilə evlilik ildönümünü qeyd edirlər.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, müğənni və xanımı Fəridə İbrahimovanın özəl günləri barədə övladları məlumat verib.
Sənətçinin qızı Gülsüm İbrahimli sosial şəbəkədə valideynləri ilə birgə foto paylaşaraq bunları yazıb:
"39 il... Həmişə sağlam, xoşbəxt şəkildə yanımızda olasınız. Sizin kimi valideynlərin övladı olmaq böyük fəxrdir".
Qeyd edək ki, Mənsum İbrahimovun üç qızı və bir oğlu var.