Bakı. Trend:
Avqustun 21-də humanitar sahələri əhatə edən Suriya - Azərbaycanİşçi Qrupunun onlayn formatda ilk iclası baş tutub.
Trendxəbər verir ki, bu barədə Elm və Təhsil Naziriliyi məlumatyayıb.
Bildirilib ki, görüşdə elm və təhsil nazirinin müavini,humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupununrəhbəri Kənan Kərimzadə, Azərbaycan tərəfindən İşçi Qrupununüzvləri, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakımüvəqqəti işlər vəkili Elnur Şahhüseynov, həmçinin Suriya ƏrəbRespublikasının ali təhsil və elmi araşdırmalar nazirinin müavini,humanitar sahələri əhatə edən Suriya–Azərbaycan İşçi Qrupununrəhbəri Ğeys Varqouzeq və Suriya tərəfindən İşçi Qrupunun üzvləriiştirak ediblər.
Sözügedən görüş çərçivəsində iki ölkə arasında elm, təhsil vəmədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub,habelə suriyalı tələbələrin Azərbaycan Respublikasının ali təhsilmüəssisələrində "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı"proqramı çərçivəsində təhsil alma imkanlarının araşdırılmasıistiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 4 may 2025-ci il tarixində Azərbaycan RespublikasıBaş nazirinin müavini Samir Şərifovun rəhbərliyi ilə Suriya ƏrəbRespublikasına təşkil olunmuş rəsmi səfərin nəticəsi olaraq ikiölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığıninkişaf etdirilməsi məqsədilə humanitar sahələri əhatə edən Suriya- Azərbaycan İşçi Qrupunun yaradılması barədə qərar qəbuledilmişdi.