AFFA İntizam Komitəsi "Qəbələ" klubunu cərimələyib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Misli Premyer Liqasının I turunun "Karvan-Yevlax" - "Qəbələ" oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün qonaq komanda 700 manat cərimələnib.
Qeyd edək ki, mövsümün açılış qarşılaşması bərabərliklə yekunlaşıb - 1:1.
Tarix: 21 Avqust 2025, 16:08