EN

“İmişli” Quba stadionunda təmir işlərinə başladı

“İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda təmir işlərinə start verib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, komandanın premyer-liqada iştirakını təmin etmək məqsədilə “İmişli” ev oyunlarını keçirəcəyi Quba Olimpiya İdman Kompleksi stadionunda artıq bir müddətdir təmir və yenidənqurma işlərinə başlayıb.

Hazırda stadionda Peşəkar Futbol Liqasının tələblərinə uyğun olaraq bir sıra əsaslı yeniliklər həyata keçirilir. Paltardəyişmə otaqları, o cümlədən hakimlər, AFFA nümayəndələri üçün nəzərdə tutulan otaqlar müasir standartlara uyğunlaşdırılır.

Konfrans zalı yaradılıb, media zonası hazır vəziyyətə gətirilir. O cümlədən "CBC Sport"un yayım tələblərinə uyğun texniki platformalar quraşdırılır.

Bildirilib ki, “İmişli” ev oyunlarını sentyabr ayından etibarən Quba şəhərində keçirməyi planlaşdırır. Bu məqsədlə bütün zəruri addımlar atılıb və prosesə nəzarət diqqətlə həyata keçirilir:
"İmişli” olaraq bütün azarkeşlərimizin dəstəyini hər zaman hiss edir və bu yolda onlarla birgə irəliləyirik.İnanırıq ki, tezliklə komandanı yenidən İmişlidə birlikdə dəstəkləyəcəyik".
Chosen
13
6
football-plus.az

10Sources