EN

“Fənərbağça” Meksika millisinin ulduzunu ALDI

"Fənərbağça" Edson Alvaresi icarəyə götürəcək.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə nəhəngi yeni transfer həyata keçirəcək. Məlumatı tanınmış insayder Fabrizio Romano yayıb.

Onun sözlərinə görə, İstanbul təmsilçisi İngiltərənin "Vest Hem" klubu ilə Edson Alvaresin icarə müqaviləsi üzrə razılığa gəlib.

27 yaşlı yarımmüdafiəçi qarşıdakı mövsümdə "Fənərbağça"nın şərəfini qoruyacaq. Müqavilədə nəzərdə tutulan məbləği ödəməklə, klub futbolçunu sonradan daimi transfer etmək hüququna malik olacaq.

Alvares tibbi müayinədən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün bu gün İstanbula gələcək.

Qeyd edək ki, Meksika millisinin üzvü Edson Alvares 2023-cü ildə Niderlandın "Ayaks" klubundan "Vest Hem"ə keçib.

Hüseyn
Milli.Az

Chosen
35
1
milli.az

1Sources