EN

Rusiya NATO sərhədində hərbi obyekt tikir FOTO

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Kalininqrad vilayətində, NATO sərhədindən cəmi 25 km məsafədə nəhəng hərbi obyektin tikintisini həyata keçirir. 

"Tochnyi" araşdırma platformasının məlumatına görə, layihə Çernyaxovsk şəhəri yaxınlığında dairəvi anten kompleksi ilə bağlıdır. 

Tikinti işləri 2023-cü ilin mart ayında başlanıb. Bu müddət ərzində ərazi meşədən təmizlənib, hasar, yollar və tikinti üçün meydançalar hazırlanıb.

Ekspertlərin fikrincə, bu, hərbi radioelektron kəşfiyyat və rabitə sistemi üçün dairəvi anten şəbəkəsidir. Kompleksin diametri 1600 metrə çatacaq ki, bu da oxşar obyektlərin standart ölçülərini xeyli üstələyir.

Araşdırmaçılar bildirirlər ki, bu layihə Rusiya tərəfindən son onilliklərdə radio-kəşfiyyat sahəsində qurulan ən iri layihələrdən biri ola bilər.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
2
azpolitika.info

3Sources