EN

Məhkəmə Rəqsanə ilə bağlı qərar verdi – Yenilənib


Dələduzluqda ittiham olunan müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin edilməyib və məhkəmənin qərarı qüvvədə saxlanılıb.

***11:57
Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov istintaqa cəlb olunub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Fazil Əmiraslanov Bakıya gəlib və artıq istintaqda ifadə verib.
Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
O, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunur.
Sözügedən ittihamlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Rəqsanə İsmayılovanın həbsi ilə bağlı qərardan apellyasiya şikayəti verilib. Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Chosen
44
49
yeniavaz.com

10Sources