EN

Nəbatat bağından daha bir ŞİKAYƏT: "Bütün gecəni qaşınmışıq..."

Bakıda yerləşən Mərkəzi Nəbatat bağı ilə əlaqədar daha bir narazılıq yaranıb. 

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə vətəndaşlar müraciət edib. 

Onlar iddia edib ki, Nəbatat bağında gəzintiyə çıxan zaman ailələrdən biri gözlənilməz sağlamlıq problemi yaşayıblar:

"Gəzinti zamanı ailə üzvlərimizin dərisində qaşınma və allergik reaksiyalar hiss etdik. İlkin olaraq yüngül səpkilər müşahidə olunsa da, vəziyyət sonradan bir qədər ağırlaşdı. Nəticəsi olaraq gecəni səhərə qədər qaşınmadan yata bilməmişik. Səhəri gün həkimə müraciət etmək məcburiyyətində qaldıq. Bizə tibbi yardım göstərildi".

Chosen
11
1
far.az

2Sources