Paytaxtın bəzi ərazilərində tut ağaclarını qurd basıb. Ağaclarda toplanan Ağ Amerika kəpənəyinin tırtılları, həyətlərə, yaşayış binalarına, yol kənarlarına çıxır. Onların kütləvi sürətdə ağaclarda olması şəhər sakilərinin haqlı narahatlığına səbəb olub. Bəs bu qurdlar necə yaranır? Bu tırtıllar insanlar üçün təhlükəlidir? Onlara qarşı hansı mübarizə tədbirləri görülməlidir?
Mövzu ilə bağlı BAKU.WS-ə danışan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Abşeron təcrübə stansiyasnın müdiri Cəbrayıl Ağayev bildirib ki, bu qurdlara qarşı mübarizə aparmamaq aparmaqdan daha yaxşıdır:
"Ağacları qurdbasma halları 1996-cı ildən Azərbaycanın Xaçmaz bölgəsində yayılıb daha sonra Abşeron və Astara-Lənkəran bölgəsinə keçib. Bu Azərbaycanda bitki zərərvericsi hesab edilir. Ağ rəngli kəpənək tırtılıdır. Bu il ərzində iki nəsil verir. Birinci nəsli iyunu ayında ağacların üzərində əmələ gəlir. Badam və digər meşə enliyarpaq ağacların üzərində torlar qurur. Bu kəpənəklər ağaclara kütləvi surətdə ziyan vurur. Parklara, yaşıllığa ziyan vurur. Əslində ictimai yerlərdə bunlara qarşı kimyəvi preparatlardan istifadə edib onlara qarşı mübarizə aparmaq yolverilməzdir. Çünki əhali orada istirahət edir, qidalanır yeyir. Ona görə də kimyəvi maddələrin tətbiqi ətraf mühitdə ola bilər ki, pestisid qalığı əməl gətirsi, bu da zəhərlənməyə səbəb olsun. Buna qarşı mübarizə aparmamaq aparmaqdan daha yaxşıdır".
Cəbrayıl Ağayev onu da bildirib ki, bu tırtıllar insan üçün təhlükəli deyil. Onlar 2000-ci illərdə kütləvi şəkildə yayılıb. Bunun məhv olması prosesi Abşeron bölgəsində havanın temperturu 40 dərəcəni keçəndə baş verir. 35-36 dərəcə temperaturda qidalanmanı dayandırırlar. Hazırda havalar isti keçdiyinə görə ağacdakı kəpənəklər tökülür. Camaat da onu onda görür bu da onlarda ikrah hissi yaradır:
"Panikaya ehtiyac yoxdur. Bunun əhali üçün heç bir təhlükəli xüsusiyyəti yoxdur. Əhalinin sancmır. Sadəcə olaraq bu kəpənəyin inkişaf müddətinin bir mərhələsidir. Qidalanmadan sonra barama mərhələsinə keçmək üçün müəyyən yerlər axtarır. Bu təhlükəsiz canlıdır.
Mütəxəssis qeyd edib ki, onlara qarşı mübarizə üsullarında kimyəvi yox bioloji mübarizə aparmaq lazımdır.
"Qurdlara qarşı kimyəvi yox, bioloji mübarizə vasitələrindən istifadə etmək lazımdır. Burada bioloji mübarizədə epitoiksikt dərmanları var. Qurdun bağırsaq sisteminin patogenidir. Bakteriya əsasında yaranır".
Cəbrayıl Ağayev tövsiyyə edir ki, iyun ayında insanlar kölgəsində oturduğu ağaca diqqət etsinlər. Yarpaqların üzərində torlu yuvalar görünürsə onu kəsib atsınlar. Daldalanacaq yerləri təmiz saxlamaq lazımdır. Balkonlarda evlərin zirzəmilərini, ağacaların kötüyünü təmiz saxlamaq lazımdır. Torlu yuvaları kəsib kənarlaşdırmaqla bunun qarşısını almaq olar.