Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri gələn həftə Vaşinqtonda ABŞ rəsmiləri ilə İranda zənginləşdirilmiş uran məsələsinə dair danışıqlar aparacaqlar.
APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi diplomatlara istinadən məlumat yayıb.
Diplomatların məlumatına görə, danışıqlara ehtiyac, İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Agentliyin İran İslam Respublikasındakı zənginləşdirilmiş uran ehtiyatlarını qiymətləndirə bilməməsi səbəbindən yaranıb.