EN

Paşinyan Azərbaycanla torpaq mübadiləsini istisna etmir

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla torpaq mübadiləsinin ancaq xalqın razılığı ilə baş tuta biləcəyini qeyd edib.

Sitat.info xəbər verir ki, bunu Ermənistanın rəhbəri bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, həm Ermənistanın, həm də Azərbaycanın keçmiş Sovet respublikalarının sərhədlərini göstərən xəritələri var. Baş nazir əlavə edib ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi məhz bu xəritələr əsasında davam etdiriləcək.

“Əgər birdən-birə bəzi ərazilərin mütənasib şəkildə, yəni 1 kv.km ərazinin başqa 1 kv.km ərazi ilə dəyişdirilməsi arzusu yaranarsa, bu məsələ ilə bağlı biz xalqımıza müraciət etməliyik ki, vətəndaşların belə bir qərara razı olub-olmadığını öyrənək”, — deyə Paşinyan bildirib.

Chosen
43
11
sitat.info

10Sources