EN

Avtobus sürücüsü sükan arxasında “Tiktok” izləyir Sərnişinlər təhlükədə VİDEO

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Bir zamanlar sükan arxasında diqqətli olmaq bir peşə məsuliyyəti sayılırdı. İndi isə bəzi sürücülər avtobusdan çox telefon idarə edir. Bunu 41 nömrəli avtobus sürücüsünün timsalında da görmək olar.

Bakupost.az əməkdaşı 41 nömrəli avtobusda sürücünün iş vaxtı “Tik-tok” platformasından istifadə etdiyinin şahidi olub və həmin anları videoya çəkib. Kadrlarda görünür ki, sürücü bir əli ilə avtobusu, digər əli ilə telefonu “idarə edir”. Sərnişinlərin təhlükəsizliyi isə “Allahın ümidinə” qalıb.

Mövzu ilə bağlı 41 nömrəli avtobusun dəstə rəhbəri Qaşqay Məmmədova zəng etdik. Lakin zəngə cavab verən şəxs özünü Elnur İsmayılov kimi təqdim etdi və Qaşqay Məmmədovun qardaşı olduğunu, birlikdə çalışdıqlarını bildirdi. Halbuki, əlaqə saxladığım hər iki nömrə Qaşqay Məmmədova aiddir. Xüsusi proqram təminatı ilə bu faktı bir daha təsdiq etdik.

Özünü Elnur İsmayılov kimi təqdim edən şəxs videoya baxdıqdan sonra israrla bildirdi:

“Nömrə görünmür, sübut yoxdur, sürücü də bizim deyil.”

Videonu əməkdaşımızın çəkdiyini və hadisəyə şəxsən şahid olduğunu deyəndə “Elnur İsmayılovda” çaşqınlıq yaransa da, yenə sürücünün onlarla çalışdığını inkar etdi.

Əldə etdiyimiz məlumata görə, 41 nömrəli avtobusun digər sürücüləri də sükan arxasında telefon istifadə edirlər.

Xatırladaq ki, daha əvvəl 41 saylı avtobusun sürücüsünün narkotik vasitənin təsiri altında avtobus idarə etdiyinə və narkotiklərin satışı ilə məşğul olduğuna görə həbs olunmuşdu.

Qeyd edək ki, 41 nömrəli marşut “Xaliq Faiqoğlu” MMC-nin kurasiyasındadır.

Aysel,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

1Sources