Qubada ayının həyətə daxil olduğu ərazi Qızılqazma kəndi olub.
Həmin görüntünü lentə alan şəxs Far.Az-ə danışıb.
O bildirib ki, istirahət üçün Qızılqazma kəndində ev kirayə götürüb: "Dünən gecə 04:00-da həyətdən səs gəldiyini eşitdim. Qapıdan baxanda həyətə ayı daxil olduğunu gördüm. Bir az həyətdə eşələndikdən sonra, çıxıb getdi".
***12:22
Qubada istirahət edən vətəndaşlardan biri qeyri-adi halla üzləşib.
Far.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, sübh saatlarında evin həyətinə daxil olan ayı zibil qalıqlarını eşələməyə başlayıb.
"Çağırılmamış qonaq"la bağlı görüntünü evdə qalan şəxs lentə alıb.