EN

Paşinyan: Ermənistan “Qarabağ hərəkatı” dövrünü başa vurur...

Baş nazir hərəkatın dövlətçiliyə mane olduğunu bildirib...

Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətdə jurnalistlərlə keçirdiyi brifinqdə “Qarabağ hərəkatı”nın tarixi missiyasını başa vurduğunu bəyan edib. O, özünün məktəb illərindən bu hərəkatın iştirakçısı olduğunu xatırladaraq, artıq bunun keçmişdə qalmalı olduğunu bildirib.

Paşinyan vurğulayıb ki, 2025-ci ilin martında Ermənistan Respublikasını bu strateji yanaşmaya uyğun şəkildə idarə edəcəyini açıqlayıb: “Əgər vətəndaşlar bu mövqeyi səhv hesab edirlərsə, onları inqilab etməyə çağırıram”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, “Qarabağ hərəkatı” uzun müddət ölkənin suverenliyi və dövlətçiliyinin möhkəmlənməsinə mane olan bir alət kimi istifadə olunub. Paşinyan bildirib ki, indi Ermənistan üçün yeni bir mərhələ – sülh dövrü başlayır və cəmiyyət sabitliyin bərqərar olmasını müsbət qarşılayır.

Siyasi müşahidəçilər isə hesab edirlər ki, Paşinyanın bu bəyanatı Ermənistanın xarici və daxili siyasətində ciddi dəyişikliklərin siqnalı ola bilər. Bu yanaşma, həmçinin, regionda münasibətlərin yeni çərçivədə formalaşmasına da təsir göstərə bilər.

Poliqon.info

Chosen
51
poliqon.info

1Sources