Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
18 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ prezidenti Donald Tramp, Avropa liderləri və Ukrayna prezidenti Vladimir Zelenski arasında yüksək səviyyəli görüş keçirildi. Bu görüş Ukrayna müharibəsinin həlli istiqamətində növbəəti mühüm mərhələ oldu. Görüş Ukrayna müharibəsinə Vaşinqton və Avropa paytaxtları arasında yanaşma fərqlərini üzə çıxarmaqla yanaşı, Avropanın diplomatiyada daha fəal rol oynamaq niyyətini də nümayiş etdirdi.
Danışıqların gedişindən hiss olundu ki ; Avropa liderləri bu görüşə əvvəlcədən razılaşdırılmış vahid mövqeylə gəliblər.
Almaniya kansleri Olaf Merts Avropanın ortaq səsini ifadə edərək bəyan etdi ki ; “Ukraynada atəşkəs vacibdir və etibarlı təhlükəsizlik zəmanətləri təmin olunmalıdır.”
Bu mövqe Fransa prezidenti - Emmanuel Makron, Böyük Britaniyanın baş naziri - Kir Starmer və İtaliya baş naziri - Corca Meloni tərəfindən də dəstəkləndi.
Meloninin NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik mexanizminə istinadı ; Avropanın Ukraynaya daha ciddi və bağlayıcı zəmanətlər vermək istədiyini göstərdi. Bu mövqe Avropanın danışıqlara vahid və prinsipial ovqatla qatıldığını ortaya qoydu. Lakin ABŞ prezidenti Donald Tramp Avropa liderlərinin israrını qəbul etmədi.
Tramp dedi ki: “Mən 6 müharibəni bitirmişəm, heç birində əvvəlcədən atəşkəs olmayıb”. O, şəxsi əlaqələrə əsaslanan diplomatiyaya üstünlük verdiyini vurğulayaraq ; Putini yaxşı tanıdığını və onun razılaşmaya hazır olduğunu bildirdi.
Tramp görüşdən sonra Putinlə telefon danışığı aparacağını da elan etdi. Bu, onun institusional mexanizmlərdən çox ; liderlərarası birbaşa diplomatiyaya üstünlük verdiyini göstərir.
Prezident Zelenski isə sakit və inamlı davranışı ilə ; həm Avropanın həm də ABŞ-ın dəstəyini qazanmaq istədi.
Zelenski ərazi məsələlərini şəxsən Putinlə müzakirəyə etməyə hazır olduğunu bəyan etdi ; lakin Donbasın Rusiyaya verilməsinə razılıq vermədi. Bu, mövqe Zelenskinin kompromisə açıq olduğunun, eyni zamanda dövlət maraqlarından geri çəkilmədiyinin göstəricisi idi.
Danışıqların gedişi göstərdi ki : Ukrayna- Rusiya münasibətlərinə yanaşmada ABŞ və Avropa arasında fikir ayrılığı mövcuddur.
Belə ki, Avropa – dərhal atəşkəs və təhlükəsizlik zəmanətləri tələb edir. ABŞ isə atəşkəsi ön şərt saymır ; Donbasın Rusiyaya verilməsini sürətli razılaşmaya aparan yol kimi görür. Vaşinqton Kiyevin Donbasdan imtina etməməsini strateji səhv hesab edir. Avropa isə əksinə, güzəştin Rusiyanı daha da gücləndirəcəyini düşünür.
Danışıqların gedişində Fransa prezidenti - Emmanuel Makronun irəli sürdüyü dördtərəfli görüş ideyası : (Tramp, Putin, Zelenski və Avropa nümayəndəsi) göstərir ki, Avropa artıq proseslərin passiv müşahidəçisi olmaq istəmir. Əgər bu format reallaşarsa ; ABŞ-ın vasitəçi rolu zəifləyə, Avropanın diplomatik çəkisi isə güclənə bilər.
Bütün bunlarla yanaşı, Vaşinqton görüşü bir sıra mühüm nəticələri ortaya qoydu:
1. Avropa ilk dəfə olaraq vahid və prinsipial mövqe nümayiş etdirdi.
2. ABŞ Trampın şəxsi diplomatiya xəttinə üstünlük verir.
3. Zelenski balanslı siyasətlə həm Avropanın, həm də ABŞ-ın dəstəyini qazanmağa çalışır.
Müşahidələr göstərir ki ; Ukraynada davam edən müharibəinin taleyi -- Rusiyanın atacağı addımlardan asılıdır.
Vaşinqton görüşü onu da göstərdi ki, Ukrayna məsələsində həlledici qərar yalnız Vaşinqtonda deyil, Avropa paytaxtlarında da formalaşdırılır. Diplomatik balans dəyişir və Avropa qlobal təhlükəsizlik arxitekturasında xüsusi status qazanmağa doğru gedir.
Qlobal siyasət müstəvisində baş verən hadisələrin inkişafı göstərir ki : böyük güclər balans axtarır ;
reallıqda isə əziyyəti Ukrayna xalqı çəkir.
Qəvami Sadıqbəyli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.