EN

Pakistanda daşqınlarda ölənlərin sayı 730-a çatıb

Pakistanda

Pakistanda musson yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələrində ölənlərin sayı getdikcə artır. Pakistan Milli Fəlakət İdarəsi Agentliyi (NDMA) ölkədə 26 iyundan bəri şiddətli yağan musson yağışları nəticəsində ölənlərin sayının 730-a yüksəldiyini, ən azı min adamın yaralandığını, axtarış işlərinin davam etdiyini bildirib. Leysan yağışları daşqınlara və evlərin uçmasına səbəb olub, ildırım çox sayda evi vurub.

Ən azı 17 nəfərin öldüyü Kəraçidə musson yağışları səbəbindən təhsil də dayandırılıb. Ölkənin ən böyük şəhəri olan Kəraçi və onun aid olduğu Sind əyaləti elektrik enerjisinin kəsilməsi və daşqınlardan zərər çəkib.

Pakistanın Baş naziri Şahbaz Şərif Xeyber-Paxtunxvada daşqından zərər çəkmiş ərazilərə baş çəkib. Hələ leysan yağışların yağacağı barədə xəbərdarlıq edən Şərif Bunerdəki yerli sakinlərlə görüşüb. O, təkcə Xeyber-Paxtunxvada 400-dən çox insanın həyatını itirdiyini qeyd edərək daha yüzlərlə insanın yaralandığını bildirib. Baş nazir daşqınlarda həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Chosen
17
xalqcebhesi.az

1Sources