EN

Azərbaycanda uşaqlar arasında vərəm Hansı yaş qrupları daha çox yoluxur?

ain.az, News24 portalına istinadən məlumat verir.

Ölkədə uşaqlar arasında vərəm xəstəliyinə yoluxma halları yaş qruplarına görə fərqlənir.

Bu barədə News24.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Qeyd olunub ki, 0–13 yaşlı uşaqlar arasında 2007-ci ildə 175 nəfərdə vərəm aşkarlanıbsa, sonrakı illərdə bu rəqəm dəyişkən olub. 2024-cü ildə 115 nəfər təşkil edib. 14–17 yaşlı yeniyetmələr arasında 2007-ci ildə 223 nəfərdə vərəm qeydə alınmış, 2012-ci ildə artaraq 302 nəfərə çatmış, 2024-cü ildə isə 160 nəfər olub. 

Statistik göstəricilərə görə hər 100 min nəfərə düşən yoluxma halları da azalma meyli göstərir: 0–13 yaşlılar arasında 2007-ci ildə hər 100 min nəfərə 9,1 hadisə düşürdüsə, 2024-cü ildə bu göstərici 6,1-ə enib. 14–17 yaşlılarda isə 2007-ci ildə 33,3 olan göstərici 2024-cü ildə 24,4-ə düşüb. 

Bu rəqəmlər uşaqlar və yeniyetmələr arasında vərəmin hələ də aktual bir sağlamlıq problemi olaraq qaldığını, lakin son illərdə azalma meyli göstərdiyini ortaya qoyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
news24.az

2Sources