Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 2-ci turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, üç günü əhatə edəcək növbəti turun görüşləri aşağıdakı kimidir:
Əvəzedicilər Liqası
2-ci tur
23 avqust
“Qarabağ-2” – “Sumqayıt-2”
Binə qəsəbə stadionu, 17:00
“Neftçi-2” – “Şamaxı-2”
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 18:00.
25 avqust
“Kəpəz-2” – “Turan Tovuz-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.
“Araz-Naxçıvan-2” – “Sabah-2”
Binə qəsəbə stadionu, 17:00
26 avqust
“Qəbələ-2” – “Zirə-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00.