EN

Sabahın hava proqnozu açıqlanıb

Avqustun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısından zəifləyəcək.

Mia.az xəbər verir ki, sabah havanın temperaturu gecə 21-25, gündüz 26-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % təşkil edəcək.

Avqustun 22-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti də açıqlanıb. Belə ki, güclü şimal-qərb küləyi günün ikinci yarısından zəifləyəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26,
cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.

Chosen
5
35
mia.az

10Sources