"Hələ heç nə bitməyib".
Sportinfo.az xəbər verir ki, bu sözləri “Ferensvaroş”un hücumçusu Jombor Qruber Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.
O, məğlubiyyəti şərh edib:
"Üçüncü qolun qarşısını almaq olardı, təəssüf ki, bacarmadıq.
Hesab 1:2 olanda biz heç-heçəyə can atırdıq. Səfər oyununda daha erkən qol vurmaq istəyirik. Daha yaxşı olduğumuzu göstərməliyik”.
Komandalar arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.