EN

İctimai fəal Əhməd Məmmədlinin məhkəməsi başlayıb

Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi bağlı məhkəmənin hazırlıq iclası keçirilib.

Bakues.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Ə.Məmmədlinin vəkili Elçin Sadıqov məhkəməyə vəsatət verib.

Vəkil cinayət işinə xitam verilməsini və müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini xahiş edib. Məhkəmə vəsatətləri təmin etməyib.

Prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Baxış iclası sentyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir.

“D18” Hərəkatının sədri kimi tanınan Əhməd Məmmədli vətəndaşın sağlamlığına kəsici alətlə qəsdən ağır zərər vurmaqda təqsirləndirilib.

İttihama görə, mayın 6-da gecə saatlarında Bakı şəhəri Biləcəri qəsəbəsində Əhməd Məmmədli şəxsi münasibətlər zəminində 37 yaşlı Vüqar adlı şəxsə qarın nahiyəsindən bıçaqla xəsarət yetirib. O, törətdiyi əmələ görə saxlanılıb.

Tərəflər arasında münaqişə taksidə yer üstündə baş verib.

Əhəd Məmmədli Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti törədildikdə) və 221.3-cü (Xuliqanlıq silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham olunur.

Chosen
93
1
icma.az

2Sources