EN

Bu il Naxçıvan fermerləri 246 min manatdan çox heyvandarlıq subsidiyası alıb

Bu il Naxçıvan Muxtar Respublikasında heyvandarlıq sahəsində fəaliyyət göstərən 1 973 fermerə 246,3 min manat dövlət subsidiyası verilib. SİA bu barədə yerli Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu il Naxçıvanda heyvandarlığın inkişafı məqsədilə həyata keçirilən süni mayalanma tədbirləri nəticəsində 5386 baş buzov əldə olunub.

Nazirliyinin Şahbuz rayonunun Badamlı kəndində fermerlərlə keçirdiyi görüşdə bildirilib ki, Naxçıvanda damazlıq heyvanlar yetişdirilməsi istiqamətində iş aparılacaq. Bu, süni mayalanma ilə əldə edilən heyvanların daha sağlam və məhsuldar olmasına imkan verəcək.

Görüş süni mayalanmanın effektivliyinin artırılması və fermerlər arasında maarifləndirmə aparılması məqsədilə təşkil edilib. Fermerlərə süni mayalanmanın tətbiqi qaydaları, üstünlükləri və təsərrüfatlara verdiyi iqtisadi faydalar barədə geniş məlumat verilib. 2025-ci ilin ötən dövründə Şahbuz rayonunda süni mayalanma vasitəsilə 223 baş buzov əldə edildiyi vurğulanıb.

Chosen
10
6
sia.az

9Sources