EN

“Abşeron Lions”un baş məşqçisi: Kipr klubuna qalib gəlib, mərhələni keçmək istəyirik MÜSAHİBƏ

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 avqust, AZƏRTAC

Yeni mövsümdə Azərbaycanı basketbol üzrə Avropa Kubokunda təmsil edəcək “Abşeron Lions” komandasının baş məşqçisi Erhan Toker AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Yeni mövsümə hazırlığınız necə gedir?

- Hər şey qaydasındadır. Hazırda bütün heyət Bakıda deyil. Üç basketbolçu komandaya qoşulacaq. Bunlardan ikisi legioner, digəri yerli oyunçu olacaq. Yavaş-yavaş kollekivi tanımağa başlayarıq.

- “Abşeron Lions” tarixində ilk dəfə Avropa Kubokunda iştirak edəcək. Turnirin ilk təsnifat mərhələsində komanda Kiprin "Anortosis" klubu ilə üz-üzə gələcək. Şansları necə qiymətləndirirsiniz?

- "Anortosis" Kiprin ən güclü klublarından biridir. Düzdür, hələlik heyətini komplekləşdirməyib. Hazırda komandada üç legioner var. Daha bir əcnəbinin transferi gözlənilir. Büdcələri elə də çox deyil. Əlimizdən gələnin ən yaxşısını edib, mərhələni keçmək istəyirik. Yaxşı komandamız var.

- Yeni transfelər gözlənilir?

- Hələlik yox. Amma gələcəkdə daha bir legioner transfer etməyi düşünürük. İndiki oyunçulardan razıyam.

- Azərbayacan Basketbol Liqasının (ABL) yeni mövsümündə əsas hədəfiniz nə olacaq?

- Bildiyiniz kimi, ötən il dördüncü olduq. Bu mövsüm hədəfimiz pley-offa qalmaq və ən yaxşısını etməkdir. Ötən mövsüm komandamızda çıxış edən Obri Makelpin və Ceylen Şou bu il də bizimlə olacaq. Onlar Liqanı yaxşı tanıyırlar.

- ABL-in səviyyəsi barədə nə deyə bilərsiniz?

- Liqa ildən-ilə inkişaf edir. Çempionatda “Sabah” kimi güclü komanda var. NTD də yaxşı kollektivdir. Bölgə klublarından “Şəki” və “Gəncə” ötən il əla mübarizə apardılar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
2
azertag.az

3Sources