Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.
Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, siyahıda 2-si qapıçı olmaqla ümumilikdə 14 oyunçu yer alıb.
Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli
Oyunçular: 7. Xəzər Ağalızadə, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 98. Karlos Bertuola, 10. Perruzo, 49. Covanni, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 9. Alleks Rezende, 15. Aleks Teyşeyra
Qeyd edək ki, “Araz-Naxçıvan”ın yer aldığı qrupun oyunları Avstriyanın Linz şəhərində keçiriləcək. Komanda avqustun 27-də Şimali İrlandiyanın "Sparta Belfast", bir gün sonra Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə yerli "Ljuti Krajişniçi" klubu ilə üz-üzə gələcək.