EN

Ermənistanda müdafiə nazirinin müşavirinin oğlu həbs edilib

Ermənistanın müdafiə naziri Suren Papikyanın müşavirlərindən birinin oğlu "kriminal avtoritet" Rustam Stepanyanın evinin yaxınlığında 24 yaşlı gəncin qətli ilə bağlı həbs edilib.

 

Missiya.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Bildirilib ki, avqustun 15-də Proşyan kəndində 24 yaşlı Mamikon D. güllə yarası ilə tapılıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər. 

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları üç şübhəli şəxsi həbs ediblər. Onlardan biri də

müdafiə nazirinin müşavirinin oğlu Artaşes Tonoyandır.

Qeyd olunur ki, həmin şəxsin kriminal dairələrlə əlaqəsi olmayıb. Onun hadisə yerində olması və yaralanmasının səbəbləri hələlik məlum deyil.

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
8
4
missiya.az

7Sources