Daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonunun Təzəkənd kəndində fəaliyyət göstərən, fiziki şəxs Rasim Fazil oğlu Məmmədova məxsus süd qəbulu məntəqəsində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakues.az-a verilən məlumata görə, yoxlama zamanı məntəqədə normativ-hüquqi aktların və sanitar-gigiyenik qaydaların tələblərinin pozulduğu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.